Muzeydə “Şəhidlər yaşayır” mövzusunda anma tədbiri keçiriləcəkdir
17 yanvar, 2013 20:32
Yanvarın 18-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Şəhidlər yaşayır” mövzusunda anma mərasimi keçiriləcəkdir.
Muzeydən bildirmişlər ki, mərasimdə şagirdlərin 20 Yanvar faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaqdır.