ATƏT-in fəaliyyətdə olan sədri: Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları fəallaşdırmaq üçün ATƏT-in Minsk qrupunun səylərinə dəstək verəcəkdir
17 yanvar, 2013 20:18
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət ATƏT tərəfindən ciddi diqqət tələb edir. Ukrayna münaqişənin həllinə dair danışıqlar prosesini yenidən fəallaşdırmaq üçün ATƏT-in Minsk qrupunun səylərinə dəstək verəcəkdir.
bu sözləri Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ATƏT Daimi Şurasının iclasında demişdir.
L.Kojara bildirmişdir ki, ATƏT məkanındakı münaqişələrin həlli Ukraynanın təşkilatda sədrliyi dövründə prioritet istiqamətlərdən biri olacaqdır.
Sədr münaqişələr barədə erkən xəbərdarlıq üzrə ATƏT-in səmərəliliyin artırmağın vacibliyini vurğulamışdır. O, Moldovadakı və Gürcüstandakı münaqişələrin həlli üçün də çalışacaqlarını demiş və ATƏT-in fəaliyyətdə olan sədri qismində ilk səfərini gələn həftə Moldovaya edəcəyini açıqlamışdır.