Azərbaycan taekvondoçuları "Trelleborq Open"ə hazırlaşır
16 yanvar, 2013 23:52
Azərbaycan taekvondoçularının Qəbələdə geniş təlim-məşq toplantısı başlayıb.
Azərbaycan Taekvondo Federasiyasından milli komandaların baş məşqçisi, əməkdar məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi ilə məqşlərə 50-dək idmançı qatılıb. Böyüklər arasında hazırlıqlarda əməkdar məşqçi Gündüz Abdullayev, məşqçilər Niyaməddin Paşayev və Elnur Amanov da iştirak edir.
Dünya Taekvondo Federasiyasının Reabilitasiya Mərkəzində təlim-məşqlər yanvarın 30-dək davam edəcək.
Taekvondoçularımız üçün ilin ilk yarışı isə fevralın əvvəlində İsveçdə olacaq. Gənclərdən ibarət seçmə komanda gələn ayın 9-10-da "Trelleborq Open"də iştirak edəcək.