Dünya Bankı: Bu il Azərbaycanda iqtisadi artım 4 faizi ötəcək
16 yanvar, 2013 23:49
Dünya Bankı (DB) 2013-cü ildə Azərbaycanda ÜDM-in artımını 4,2 faiz səviyyəsində proqnozlaşdırır. bu barədə çərşənbə günü DB-nin "Qlobal iqtisadi perspektivlər" (Global Economic Prospects) adlı məruzəsində deyilir.
Dünya Bankı 2014-cü ildə Azərbaycanda ümumi istehsalın arımını 3,7 faiz, 2015-ci ildə isə 3,6 faiz səviyyəsində gözləyir.
DB-nin proqnozlarına əsasən, 2013-cü ildə cari əməliyyatların hesab profisitinin ÜDM-ə nisbəti 12,4 faiz, 2014-cü ildə 11,4 faiz, 2015-ci ildə isə 9,9 faiz səviyyəsində gözlənilir. Bankın hesablamalarına görə, 2012-ci ildə bu nisbət 15,5 faiz səviyyəsində olacaq.