Xəbərlər

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Kaluqa şöbəsinin fəalları uşaqlar üçün Yeni il bayramı keçirmişlər
15 yanvar, 2013 00:07

 

 Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Kaluqa şöbəsinin fəalları Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın Rusiya bölgələrində Yeni il xeyriyyə tədbirlərinin keçirilməsi təşəbbüsü çərçivəsində Kaluqa şəhərindəki 3 nömrəli uşaq evində olmuşlar. 
Ümumrusiya Azərbaycan Konqresinin fəal üzvü  bildirmişdir ki, uşaq evinin yetirmələri RAGT-ın üzvlərini sevinclə qarşılamışlar. Uşaqların hər biri özünü təqdim edərək özü haqqında danışmış və Yeni il arzularını bildirmişdir. Sonra uşaqlar rəngarəng musiqi proqramı ilə çıxış etmişlər.
Onlar qonaqlara öz otaqlarını və sevimli oyuncaqlarını göstərmişlər. Uşaqlar Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi adından RAGT-ın Kaluqa şöbəsi üzvlərinin onlara verdikləri bütün hədiyyələrə, oyuncaqlara və şirniyyata görə çox sevinmişlər. 
RAGT-ın Kaluqa şöbəsinin koordinatoru Ramin Rəcəbov uşaq evinin yetirmələrinə müraciət edərək təşkilatın hərtərəfli fəaliyyətindən, o cümlədən uşaqlara göstərilən xeyriyyə yardımından danışmış, səmimi qəbul üçün minnətdarlığını bildirmişdir. 
“Yedinaya Rossiya” Partiyası tərəfdarlarının Kaluqa regional şurasının “Nasledniki pobedı” Gənclər Klubunun üzvləri xeyriyyə tədbirinin qonağı olmuşlar. Klubun prezidenti Aleksandr Koturanov öz çıxışında dahi Azərbaycan siyasətçisi Heydər Əliyevin adını daşıyan Fonda və onun ideyalarını, xeyirxah işlərini davam etdirən, Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya valideyn himayəsindən məhrum olmuş və xəstə uşaqlara göstərilən qayğıya görə minnətdarlığını bildirmiş, həmçinin xalqlarımız arasında dostluq münasibətlərinin qorunub saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xüsusi rolunu qeyd etmişdir. Aleksandr Koturanov çıxışına yekun vurarkən Azərbaycan gənclərinin səmimiliyinə və mehribanlığına heyran qaldığını bildirmişdir.
Uşaq evinin tərbiyəçiləri də məhəbbətə, qayğıya və hərarətə ehtiyacı olan uşaqlar üçün bayrama görə minnətdarlıqlarını bildirmişlər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.