Xəbərlər

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Kaliforniya Senatında çıxış etmişdir
15 yanvar, 2013 22:30

 

Yanvarın 14-də Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın ən ali qanunverici orqanı olan Kaliforniya Senatının plenar sessiyasında çıxış etmişdir. Bu münasibətlə, Kaliforniya Senatının plenar iclas zalında Azərbaycanın dövlət bayrağı dalğalandırılmışdır. 
Senatın respublikaçılar fraksiyasının rəhbəri Bob Haff çıxış edərək əvvəlcə N.Ağayevi senatorlara təqdim etmişdir. B.Haff Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu və Kaliforniya ilə möhkəm münasibətlərin qurulması istiqamətində mühüm səylər göstərdiyini vurğulamışdır. 
Sonra N.Ağayev çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlərdən, regionda oynadığı mühüm rolundan danışmışdır. Baş konsul Azərbaycanda müxtəlif dinlərin və xalqların dinc və sülh şəraitində yaşayıb inkişaf etdiyi cəmiyyətin qurulduğunu vurğulamışdır. 
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinə toxunan N.Ağayev hər iki ölkənin ümumi dəyərləri, maraqları və gələcəyə baxışları bölüşdüyünü bildirmiş, Xəzər hövzəsi kimi önəmli bir bölgədə ölkəmizin Birləşmiş Ştatların etibarlı və mühüm tərəfdaşı olduğunu qeyd etmişdir. 
Sonda N.Ağayev Azərbaycanın Kaliforniya ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirmişdir. Baş konsul bu istiqamətdə ştatın senatorları ilə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırmışdır. 
Tədbir çərçivəsində N.Ağayev, həmçinin Kaliforniya Senatının sədri Darrell Staynberq ilə görüşmüşdür.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.