Xəbərlər

Azərbaycan Əfqanıstanın inkişafı üçün maliyyə yardımı göstərmişdir
15 yanvar, 2013 22:21

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi BMT-nin İnkişaf Proqramı çərçivəsində Əfqanıstanın inkişafı üçün 150 min dollar məbləğində maliyyə yardımı göstərmişdir. Bu barədə BMT-nin Bakı ofisinin mətbuat xidmətindən  məlumat verilmişdir. 
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Ölkəmiz bütün sahələrdə əldə etdiyi uğurlarla dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmaqdadır. Aparılan uğurlu daxili islahatlarla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyətin dünyada sülhün və əmin-amanlığın bərqərar edilməsi və qorunması istiqamətində səylərini də fəal şəkildə dəstəkləyir. İqtisadi inkişaf və vətəndaşlara dövlət tərəfindən daha mütəşəkkil xidmətlərin göstərilməsi bu səylərin tərkib hissəsidir. Bu baxımdan Əfqanıstanın gələcəyi həm regional, həm də qlobal təhlükəsizlik və sabitlik üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan aparıcı beynəlxalq tərəfdaşları ilə birlikdə Əfqanıstanın qarşısında duran problemlərin həll edilməsində qardaş əfqan xalqını fəal şəkildə dəstəkləyir. Əfqanıstanın problemlərinə həsr olunmuş bir neçə mötəbər toplantıda Azərbaycanın bəyanatları, xüsusilə də Prezident İlham Əliyevin ötən ilin mayında NATO-nun Əfqanıstan üzrə Çikaqoda keçirilmiş zirvə toplantısında çıxışı bunun əyani göstəricidir. 
Son illərdə Əfqanıstan rəsmiləri Azərbaycan Diplomatik Akademiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Neft Fondunun, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Neft Şirkətinin, Gömrük Komitəsinin, Sosial Müdafiə Fondunun işində tətbiq edilən qabaqcıl inkişaf təcrübəsi ilə yaxından tanış olmuş, bu istiqamətdə məhsuldar müzakirələr aparmışlar. Həmin müzakirələr nəticəsində əldə edilən ilkin razılaşmaların həyata keçirilməsi üçün hazırda həm Bakıda, həm də Kabulda bir çox istiqamətlərdə fəal iş görülür. 
Beləliklə, Beynəlxalq İnkişafa Yardım Agentliyinin yuxarıda göstərilən maliyyə yardımı aparılan işlərin məntiqi davamı olmaqla Azərbaycanın beynəlxalq səviyyədə fəal mövqe tutaraq qlobal əhəmiyyət kəsb edən proseslərdə sadəcə təcrübə mübadiləsi ilə kifayətlənməyərək mötəbər donor ölkələri sırasına daxil olmasını göstərir. Beynəlxalq İnkişafa Yardım Agentliyinin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi bu təşəbbüs həm əfqan xalqı, həm də Əfqanıstanın inkişafına dəstək verən digər ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan hökuməti tərəfindən ayrılan bu məbləğin Əfqanıstan hökumətinin elektron idarəçilik üsullarının pilot olaraq tətbiq edilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bu isə Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə əlaqədardır. Bu sahədə BMT-nin İnkişaf Proqramının fəal iştirakı ilə bir neçə layihə həyata keçirilmişdir. Əfqanıstan rəsmiləri Azərbaycanın bu sektorda təcrübəsinə xüsusi maraqlarını bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Amirzai Sanginin keçən il Bakıya səfəri zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşləri zamanı vurğulamışlar.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.