ARDNŞ ilə Total şirkətinin əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur
15 yanvar, 2013 22:14
E&P” nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel və “Total-Azərbaycan” şirkətinin baş meneceri Kristian Qyudiçelli ilə görüşmüşdür.
qonaqları salamlayan R.Abdullayev onları Yeni il münasibətilə təbrik etmişdir.
Səmimi qəbul üçün təşəkkür edən Maykl Borrell yeni ildə Azərbaycan neft-qaz sənayesinin daha böyük uğurlar qazanacağına əminliyini bildirmişdir. Görüşdə “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazasına hazırlıq işləri, Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələləri və bu çərçivədə TANAP layihəsi, habelə “Abşeron” yatağının işlənilməsi konsepsiyası üzrə ilkin baxışlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tərəflər görülən işlərdən razılıq ifadə etmiş, qarşıda duran vəzifələrdən danışmışlar.