“YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılmışdır
15 yanvar, 2013 22:07
Yanvarın 15-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılmışdır.
“YARAT” Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada – “Mars” qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilmişdir.
Sərgidə bu qrup gənc rəssamın - Reza Hazare, Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri nümayiş etdirilir.