Xəbərlər

Paskal Mönye: Fransa tərəfi bundan sonra da Azərbaycanın peyk sənayesinin inkişafına öz töhfəsini verəcəkdir
15 yanvar, 2013 21:59

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən  bildirmişlər ki, görüşdə Azərbaycan və Fransa arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuş, “Azərspace-1” telekommunikasiya peykinin bu ilin fevralında orbitə çıxarılacağı qeyd olunmuşdur. Bildirilmişdir ki, peyk Cənubi Amerikada Fransa Qvianasında yerləşən “Kuru” kosmodromundan bu ölkənin “Arianespace” şirkətinin “Ariane-5” raket daşıyıcısı ilə orbitə çıxarılacaqdır.
Telekommunikasiya peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayan Paskal Mönye Fransa tərəfinin bundan sonra da Azərbaycanın peyk sənayesinin inkişafına öz töhfəsini verəcəyini bildirmişdir.
Səfir fransız şirkətlərinin ötən il olduğu kimi, bu il də “BakuTel-2013” XVIII Beynəlxalq sərgisində milli pavilyonla təmsil olunacağını bildirmişdir. Paskal Mönye Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması məqsədi ilə iyun ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan “Avropa-2020 - Azərbaycan-2020” adlı konfransda Fransanın da fəal iştirak edəcəyini qeyd etmişdir. 
Əli Abbasov fransız şirkətləri ilə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını bildirmişdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.