“Bakı” futbol komandası Antalyada ilk məşqinə çıxmışdır
15 yanvar, 2013 21:48
Yanvarın 15-də “Bakı” futbol komandası Antalyada məskunlaşdığı “Rixos Premium” mehmanxanasının meydanında ilk məşqinə çıxmışdır.
Klubdan bildirmişlər ki, əməliyyatdan sonra bərpa mərhələsi keçən kosta-rikalı hücumçu Uinston Parks istisna olmaqla bütün futbolçular məşqə qatılmışlar. Komandanın baş məşqçisi Bojidar Bandoviçin hazırlıq planına əsasən, gündə 2 dəfə məşq edəcək kollektivdə əhval-ruhiyyə yüksək səviyyədədir.
Məşq prosesinə baxışa dəvət olunmuş rumıniyalı futbolçu da qatılmışdır. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Klaudio Vikunun son klubu Moldovanın “Daçia” kollektivi olmuşdur. Rumıniyalı futbolçu bir neçə gün “Bakı”nın düşərgəsində məşq edəcəkdir.