Xəbərlər

Qaxda bilik yarışlarında fərqlənən şagirdlər mükafatlandırılmışlar
15 yanvar, 2013 21:32

 

Qax şəhərində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Çağ Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyi münasibətilə təşkil edilmiş bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. 
 Qax “Araz” kursu və rayon təhsil şöbəsinin birgə təşkil etdikləri tədbirdə ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışılmış, rayon məzunlarının qazandıqları uğurlardan bəhs edilmişdir. Bildirilmişdir ki, artıq 20 ildir ki, “Araz” kursları ali məktəblərə hazırlaşan abituriyentlərin orta məktəblərdə əldə etdikləri bilik və bacarıqlarının xüsusi hazırlıqla daha da möhkəmləndirilməsində böyük rol oynayır. Bu kursların hazırda respublikamızın 10 şəhər və rayonunda 13 şöbəsi fəaliyyət göstərir. Fəaliyyətə başladığı 9 ildə Qax “Araz” kursunun məzunlarından 100 nəfərə yaxını ali məktəblərə qəbul imtahanlarında 600 baldan yüksək nəticə göstərmiş, 12 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.
Sonra bilik yarışları və sınaq imtahanlarında fərqlənən 46 şagirdə mükafatlar təqdim olunmuşdur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.