Azərbaycanın təhsil müəssisələrində 20 Yanvar qırğınına həsr edilmiş tədbirlər keçirilir
15 yanvar, 2013 14:20
Azərbaycanın təhsil müəssisələrində 20 Yanvar qırğınının 23-cü ildönümünə həsr edilmiş tədbirlər keçirilir.
Təhsil Nazirliyindən bildirmişlər ki, müvafiq tədbirlər planına uyğun olaraq təhsil ocaqlarında tariximizə qanla yazılmış 20 Yanvar faciəsi ilə bağlı məlumatlar verilir, fotostendlər hazırlanır, rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar və s. təşkil olunur.