Qaradağ-Puta mənzilində 8,2 kilometr yolun əsaslı təmiri davam edir
15 yanvar, 2013 14:11
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin yanvarın 15-22–də növbəti yol qoyuluşu həyata keçirilir və Qaradağ-Puta mənzilində 8,2 kilometr yol əsaslı təmir olunur.
Təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
“Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun məlumatında bildirilir ki, yanvarın 15-də səhər saatlarında köhnə yolun söküntüsünə başlanılmış və artıq 900 metr köhnə yol sökülmüşdür.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. Bu günədək 170,2 kilometr yol əsaslı təmir edilmişdir.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun təmir ardıcıllığı müvafiq cədvələ uyğun aparılır.
Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı