İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcəkdir
15 yanvar, 2013 14:09
Yanvarın 17-də İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcəkdir.
tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu, Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli, fotoqraf Tahir Cəfərov, 20 Yanvar hadisələrinin şahidləri çıxış edərək Sovet imperiyası tərəfindən Bakıda törədilmiş qanlı faciə münasibətlərini bildirəcək, hadisənin səbəbləri barədə fikirlərini bölüşəcəklər.
Tədbirdə, həmçinin muzeyin ekspozisiyasında Azərbaycan Fotoqraflar Birliyi ilə birlikdə hazırlan "Fotoşəkillərin söhbəti" adlı sərgi təqdim olunacaqdır. Sərgidə AFB üzvləri - Mirnab Həsənoğlunun, Oleq Litvinin, Tahir Cəfərovun, Fərid Məmmədovun və başqalarının 20 Yanvar faciəsini əks etdirən 30-dan çox fotoşəkli nümayiş etdiriləcəkdir. Eyni zamanda, sərgidə muzeyə Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli tərəfindən verilmiş 20 Yanvar hadisələrinin canlı şahidlərinin xatirələri təqdim olunacaqdır.
20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdiriləcək və bu qanlı aksiya haqqında sorğu anketi təqdim olunacaqdır.