“Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” layihəsinə yekun vurulmuşdur
15 yanvar, 2013 14:06
Şəfəq” Ekoturizm” İctimai Birliyinin (İB) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” layihəsinə yekun vurulmuşdur.
İB ötən il Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad gəncləri ilə bir sıra məlumatlandırıcı xarakterli görüşlər keçirmişdir. Tədbirlərə rayon mədəniyyət və turizm şöbələri təşkilati dəstək vermişlər.
Layihə çərçivəsində “Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” və “Qeydiyyatçı (reception) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı təlim kursları təşkil olunmuşdur.
Hər iki kursun yekununda iştirakçılara sertifikatlar təqdim edilmişdir.