Xəbərlər

Qadın hokkeyçilərimiz çətin sınaq qarşısında
14 yanvar, 2013 22:17

 

Dünya reytinqində 16-cı yeri tutan ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandası yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə qoşulacaq.
 Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və sabah kişilərdən ibarət "Atasport" klubu ilə axırıncı yoxlama oyununda qüvvəsinin sınamaqla Bakıda 2 həftəlik təlim-məşq toplanışını başa vuracaqlar. Yığmamız yanvarın 16-da CAR səfərinə çıxacaq və 5 gün yerli mühütə uyğunluq keçəndən sonra - ayın 21-də start görüşünü Qana hokkeyçilərinə qarşı keçirəcək. Ertəsi gün milli komandamızın rəqibi Avstriya təmsilçiləri olacaq. Yanvarın 23-də istirahət edən yarış iştirakçıları 1 gün sonra 3-cü turun oyunlarında qarşılaşacaqlar. Həmin gün həmyerlilərimiz Litva hokkeyçiləri ilə görüşəcəklər.
IV tur ərəfəsində komandalar daha 1 gün istirahət edəcəklər. Yanvarın 26-da millimiz yarış sahibi - CAR yığması ilə mübarizə aparacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.
Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin III raunduna vəsiqə qazanacaq. Xatırladaq ki, məşqçilər heyəti bu dəfə milli komandaya Koreyadan oyunçu dəvət etmədən yerli gənc hokkeyçiləri sınaqdan keçirib və onlardan bəziləri əsas heyətə daxil ediliblər.
Qarşıdakı məsul yarışa komandamız bu heyətdə yola düşəcək: Qapıçılar - Viktoriya Şahbazova 
və Seda Xeyirova; müdafiəçilər - Çequrko Lyüdmila, Makkayeva Feruza, Nuriyeva Səadət, Əliyeva Xatirə, Levçenko Yevgeniya, Əlivəliyeva Tamilla və Kiyaniçenko Tatyana; yarımmüdafiəçilər - Nuriyeva Liana, Lebedyuk Zoya, Həsənova Amaliya, Çervyatsova Katerina və Müzəffərova Əminə; hücumçular - Muradi Yuliya, Drujinina Lyubov və Fəridə Məmmədova.
Yığmamızı Dünya Hokkey Liqasının II raundundakı yarışa baş məşqçi Adil Paşayev, məşqçilər Əli Zahid və Ceyhun Mirzəyev hazırlayıblar. Azərbaycanlı hakim Səadət Zəkiyeva da oyunları idarə etmək üçün yanvarın 16-da səfərə çıxacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.