Xəbərlər

Xırdalan şəhərinin kanalizasiya sistemi yenidən qurulur
14 yanvar, 2013 22:05

 

2012-ci ilin noyabrından Abşeron rayonu Xırdalan şəhərinin kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanıb.
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xırdalan şəhəri Heydər Əliyev prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar prospekt boyunca çirkab su və yağış suları kollektorlarının çəkilməsi işləri həyata keçirilir. Layihəyə uyğun olaraq prospekt boyunca 400 mm diametrli polietilen borularla 2,5 km uzunluğunda kanalizasiya xətti çəkilir. Bununla paralel 1000 mm diametrli dəmir-beton borularla 2,5 km yağış suları kollektoru tikilir. Artıq hər iki xəttin 1,6 km-lik hissəsində inşaat işləri yekunlaşıb.
 
Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün 45 ədəd yağış barmaqlığının quraşdırılması və 3 yerdə diametri 250 mm olan kanalizasiya birləşmələrinin aparılması nəzərdə tutulur. Kanalizasiya və yağış suları kollektorları istismara verildikdən sonra ərazidə toplanan yağış suları tullantı sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Hazırda Xırdalan şəhərində toplanan çirkab suları təmizlənmək üçün Hövsan Aerasiya Stansiyasına ötürülür.
 
Gələcəkdə Xırdalan şəhəri, eləcə də Masazır qəsəbəsində toplanan çirkab suları hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı 200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Çirkab suların bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 km uzunluğunda tunel tipli kollektor tikiləcək.
 
Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçiriləcək. 2013-cü ildə icrasına başlanacaq layihə nəticəsində Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.