Xəbərlər

Gəncədə "Gənc liderlər üçün qış universiteti" adlı layihə təşkil olunacaq
14 yanvar, 2013 21:42

 

 “İrəli” İB-nin xətti ilə reallaşdırılan layihəyə 100-ə qədər gəncin qoşulacağı gözlənilir.
 
Təlimlər müxtəlif istiqamətlər üzrə müzakirələri əhatə edəcək.
Gəncədə “İrəli” İctimai Birliyi tərəfindən gənc lider və intellektualların seçilib üzə çıxarılması məqsədilə proqram hazırlanıb. Birlikdən aldığımız məlumata görə, layihə liderlik, erudisiya, informasiya texnologiyalarından düzgün istifadə, nitq qabiliyyəti, xarizma kimi praktiki təlimləri özündə birləşdirəcək.
 
“İrəli” İctimai Birliyin sədri Rauf Mərdiyev: “Gəncə şəhərində fevralın 3-8-i tarixlərində, “İrəli” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Gənc liderlər üçün qış universiteti” adlı layihə keçirilməsi planlaşdırılır. Layihənin məqsədi Azərbaycanın bölgələrindən olan gəncləri bir araya gətirmək və onlarla hal-hazırda gündəmdə olan məsələləri müzakirə etməkdir. Şəbəkələşmə, liderlik qabiliyyətinin artırılması və həmin gənclərin iştirakı ilə biz müzakirə platformasını yaradacağıq”.
 
Proqram çərçivəsində gənclərə beynəlxalq məkana inteqrasiya təlimləri də keçiriləcək. İctimai birlik gənclərin inkişafı məqsədi ilə bu cür tədbirləri ildə iki dəfə təşkil edir. Layihənin, əsasən, Azərbaycanın bölgələrində keçirilməsi planlaşdırılır:
“Biz çalışırıq ki, gənc liderlər üçün universitet layihələrini tək Bakıda deyil, digər regionlarda da keçirək. Çünki regionlardan olan gənclərin inkişafını da bu layihələr çərçivəsində əsas tuturuq. İndiyə kimi Oğuz, Qəbələ, Qazax, Sabirabad şəhərlərində bu cür qış universitetləri təşkil olunub. Eyni zamanda bu layihəyə Gəncədən olan gənc liderlərin cəlb edilməsinə çalışacağıq”.
 
Rauf Mərdiyevin sözlərinə görə, qış universiteti, həmçinin bir sıra dövlət adamlarını, millət vəkillərini, iş adamlarını, müxtəlif sahələr üzrə mütəxəssisləri, həmçinin uğurlu fəaliyyətləri ilə cəmiyyətdə tanınan və rəğbət görən şəxsiyyətləri də ekspert qismində dəvət edəcək. 
 
Qeyd edək ki, “Gənc Liderlər üçün Yay Universiteti”nin iştirakçıları bu layihədə iştirak edə bilməzlər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.