Dünyaca məşhur reper müsəlman oldu
14 yanvar, 2013 21:38
Dünyanın ən məşhur reperlərindən biri, "Snoop Dogg" təxəllüsü ilə çıxış edən Kelvin Kordozar Broudus İslamı qəbul edərək müsəlman olub.
Snoop Dogg indi Snoop Leon təxəllüsü ilə oxuyur. Əslində o, İslamı ötən il qəbul etmiş, hətta Həcc ziyarətinə də getmişdi.
Lakin 42 yaşlı reper bu barədə indi açıqlama verib.
"İslamı qəbul etdim, müsəlman oldum. "İslam Milləti" təşkilatının üzvüyəm. İndiyədək susur, bu barədə danışmaq istəmirdim. Çünki İslamı qəbul etməyim mənimlə Allah arasındakı işdir", - reper deyib.