“Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü may ayında Polşada keçiriləcəkdir
14 yanvar, 2013 20:57
Azərbaycanın xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov “Şərq tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin may ayının ikinci yarışında Krakovda (Polşa) keçiriləcək iclasına dəvət olunmuşdur.
Polşanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, iclasda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa İttifaqının genişlənməsi məsələləri və mehriban qonşuluq siyasəti üzrə komissar Ştefan Füle və digər rəsmi şəxslər iştirak edəcəklər.