“Sumqayıt”ın futbolçusu Orxan Əliyevin “Trabzonspor”a baxışa dəvət olunması Türkiyə mətbuatının diqqət mərkəzindədir
14 yanvar, 2013 20:48
Sumqayıt” futbol klubunun üzvü Orxan Əliyevin “Trabzonspor”a baxışa dəvət olunması Türkiyə mətbuatının diqqət mərkəzindədir.
Türkiyənin aparıcı mətbuat orqanlarından sayılan “Milliyet” qəzeti futbolçu O.Əliyevin “Trabzonspor” klubunun düşərgəsinə yollanacağı xəbərini təsdiqləmişdir. Xəbərdə “Trabzonspor”un 18 yaşlı Orxan Əliyevlə maraqlandığı və futbolçunu baxışdan keçmək üçün Türkiyəyə çağırıldığı qeyd edilmişdir.
Gənc futbolçu yanvarın 22-dən 29-dək Türkiyədə baxışdan keçəcəkdir.