Yaponiyanın Sahil Mühafizə İdarəsi Okinava yaxınlığında iki patrul gəmisindən istifadə edəcəkdir
14 yanvar, 2013 20:43
Yaponiyanın Sahil Mühafizə İdarəsi Şərqi Çin dənizində Senkaku adalarını əhatə edən sularda təhlükəsizliyi təmin etmək məqsədi ilə Okinava prefekturasının yaxınlığında iki patrul gəmisindən istifadə edəcəkdir.
Həmin gəmilər Qərbi Yaponiyada, Hirosima və Fukuoka sahillərində Sahil Mühafizə İdarəsinin qeydiyyatındadır.
Ötən ilin sentyabrında Yaponiya hökuməti Senkaku adalar qrupuna daxil olan bir neçə adanı milliləşdirdikdən sonra Çin gəmiləri dəfələrlə həmin ərazilərdəki sulara daxil olmuşdur. Çinin və Tayvanın iddia etdiyi həmin adalara hazırda Yaponiya nəzarət edir.
İdarə bütün Yaponiya üzrə gözətçi gəmilərini növbə ilə bu rayona göndərir. İdarədən bildirmişlər ki, Çin gəmilərinin bu sulara daxil olması davam etdiyinə görə, həmin əraziyə iki gözətçi gəmisi yerləşdirmək qərara alınmışdır.
Həmin gəmilərdən birinin cari ilin sentyabrında Miyako adası sahillərinə, digərinin isə oktyabrda Okinava sahillərinə göndəriləcəyi nəzərdə tutulur.