2012-ci ilin dekabr ayında Ceyhan limanından dünya bazarlarına 2,5 milyon ton neft çıxarılmışdır
14 yanvar, 2013 20:36
Ötən ilin dekabr ayı ərzində 2 milyon 513 min 505 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. Bu həcmin 1 milyon 647 min 563 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir.
ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, 2012-ci ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29 milyon 299 min 5 ton olmuşdur.
Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2013-cü il yanvar ayının 1-nə qədər Ceyhan limanından 203 milyon 317 min 33 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.