Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə İqor Sorkin təyin edilmişdir
14 yanvar, 2013 20:30
Ukrayna Ali Radası ölkə Prezidenti Viktor Yanukoviçin təklifini dəstəkləmiş və Ukrayna Milli Bankının rəhbəri vəzifəsinə İqor Sorkini təyin etmişdir. Sorkin bu vəzifədə keçən il dekabr ayında Ukrayna hökumətində baş nazirin birinci müavini portfelinə sahib olmuş Sergey Arbuzovu əvəz etmişdir.
2010-cu ildən UMB rəhbərinin müavini vəzifəsində çalışan İ.Sorkinin namizədliyinin lehinə ən azı 226 səs lazım olduğu halda, onun xeyrinə 231 deputat səs vermişdir.
İqor Sorkinin 45 yaşı var. 16 ildən çoxdur ki, Ukrayna Mərkəzi Bankının strukturlarında işləyir.
Ukrayna Milli Bankının rəhbəri 7 il müddətinə təyin edilir.