Xəbərlər

Azərbaycanın ali təhsilində yeni islahatlar
14 yanvar, 2013 19:20

 

Azərbaycanın ali təhsil sistemində islahatların aparılmasını nəzərdə tutan "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi" 2014-cü ildə Dünya Bankının krediti hesabına maliyyələşdiriləcək layihələr sırasındadır.

Bu barədə Təhsil Nazirliyində "Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi"nin əlaqələndirmə qrupundan məlumat verilib.

Bildirilib ki, ancaq bu, layihənin icrasına 2014-cü ildən başlamaq demək deyil.

Sözügedən beşillik layihə artıq Azərbaycan hökumətinə təqdim edilib. Ancaq hökumətdən hələ TN-ə layihə ilə bağlı rəsmi cavab bildirilməyib.

Layihənin 3 əsas komponenti var. İlk komponent ali təhsil sisteminin təkmilləşdirilməsidir. Buna uyğun olaraq, ali təhsildə idarəetmənin, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, ali təhsil almaq imkanlarının genişləndirilməsi və bərabərləşdirilməsi, maliyyə islahatlarının aparılması təklif edilir.

Layihənin ikinci komponenti ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir. Bu komponentə uyğun olaraq, ali təhsil müəssisələrində institusional rəhbərlik və menecmentin dəyişdirilməsi, ali məktəbin daxilində keyfiyyətli idarəetmənin daxili mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətlilik innovasiya qrantları proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin üçüncü komponenti isə texniki komponentdir. Bu komponent layihənin idarəetmə və monitorinqi, qiymətləndirilməsinin aparılmasını nəzərdə tutur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.