Urmiya gölü ətrafında 50 kənd boşaldı
14 yanvar, 2013 19:20
Urmiya gölünün quruması nəticəsində 50 ətraf kənd tamamilə boşalıb.
bu barədə İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur məlumat verib.
Deputat bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: “50 kəndin bir sakini də orada yaşamır. İnsanlar kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Urmiya tamamilə qurusa, ölkədə duz fırtınaları olacaq. Gölün yenidən canlandırılması üçün isə milyardlarla dollar vəsait lazımdır”.