Xəbərlər

Azərbaycan çaylarını qonşu ölkələr çirkləndirirlər
14 yanvar, 2013 19:16

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi  verilən məlumata görə, yanvarın I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 10 m3/san azalaraq 149 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Kür çayının Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.80-6.42 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.