Ermənistan silahlı qüvvələri atəşkəsi pozub
14 yanvar, 2013 19:15
Ermənistan hərbçiləri bir neçə istiqamətdə atəşkəsi pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ağdam rayonunun Mərzili və Cəvahirli, Füzuli rayonunun Qorqan kəndləri və Horadiz şəhəri, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.