Xəbərlər

"Qızıl Qlobus" paylandı: kiçik "Oskar"ları kimlər aldı?
14 yanvar, 2013 19:15

 

ABŞ-ın Los-Anceles şəhərinin Beverli-Hills səmtində "Qızıl Qlobus" (Golden Globe) mükafatının təqdimat mərasimi keçirilib.

NBC channel bildirir ki, "Beverly Hilton" otelində keçirilən 70-ci təqdimat mərasiminə ənənəvi olaraq Hollivudun yüzlərlə ulduzu qatılmışdı.

"Golden Qlobe"u "Oskar" mükafatının "məşq"i adlandırırlar, çünki Hollivud Əcnəbi Media Assosiasiyasının seçimi əksər hallarda Amerika Kino Akademiyasının seçimi ilə üst-üstə düşür.
Amma "Oskar"dan fərqli olaraq "Qızıl Qlobus"un aktyor nominasiyasında "Ən yaxşı dramatik film" və "Ən yaxşı komediya/müzikl" kateqoriyaları var.

Kann Beynəlxalq Kinofestivalında "Qızıl Palma budağı" mükafatına layiq görülmüş "Amour" (Mixael Haneke) filmin "Əcnəbi dildə ən yaxşı film" kateqoriyasında qalib gəlib.

"Ən yaxşf film/drama" nominasiyasının qalibi "Arqo"dur.

"Ən yaxşı animasiya filmi" nominasiyasının qalibi isə "Brave" olub.

"Argo" filminə görə Ben Afflek "Ən yaxşı rejissor" adına layiq bilinib. "Dramada ən yaxşı qadın rolu" nominasiyasının qalibi Cessika Çesteyndir.

Kristof Valts karyerasında ikinci dəfə "Qızıl Qlobus" alıb. O, Kventin Tarantinonun "Azad edilmiş Canqo" filmindəki roluna görə mükafatlandırılıb.

Tarantinonun özü isə "Ən yaxşı ssenari"yə görə rəqibləri üstələyib.
Britaniyalı müğənni Adel "Skyfall" filmindəki mahnısına görə "Ən yaxşı saundtrek" kateqoriyasının qalibidir.

"Ən yaxşı musiqi" nominasiyasında kanadalı bəstəkar Maykl Dann qalib gəlib. O, "Pinin həyatı" filminin bəstəkarıdır.

Hollivud Əcnəbi Media Assosiasiyasının 1944-cü ildən bəri təqdim etdiyi "Qızıl Qlobus" mükafatının kinematoqrafiya üzrə 14, televiziya üzrə 11 nominasiyası var. Bununla yanaşı, Sesil de Mill mükafatı da mövcuddur.

"Qızıl Qlobus" mükafatının qaliblərinin siyahısı belədir:

"Ən yaxşı film/drama": "Argo"

"Ən yaxşı film/müzikl": "Les Miserables"

"Ən yaxşı aktyor/drama": Daniel Day-Lewis, "Lincoln"

"Ən yaxşı aktrisa/drama: "Jessica Chastain, "Zero Dark Thirty"

"Ən yaxşı rejissor": Ben Affleck, "Argo"

"Ən yaxşı aktyor/müzikl, komediya": Hugh Jackman, "Les Miserables"

"Ən yaxşı aktrisa, müzikl/komediya": Jennifer Lawrence, "Silver Linings Playbook"

"İkinci planda ən yaxşı aktyor": Christoph Waltz, "Django Unchained"

"İkinci planda ən yaxşı aktrisa": Anne Hathaway, "Les Miserables"

"Əcnəbi dildə ən yaxşı film": "Amour"

"Ən yaxşı animasiya filmi": "Brave"

"Ən yaxşı ssenari": Quentin Tarantino, "Django Unchained"

"Ən yaxşı mətn": Mychael Danna, "Life of Pi"

"Ən yaxşı musiqi": "Skyfall" (music and lyrics by Adele and Paul Epworth), "Skyfall"

"Ən yaxşı serial/drama": "Homeland"

"Ən yaxşı serial/müzikl": "Girls"

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.