Xəbərlər

Azərbaycan səfiri etimadnamələrini Filippin prezidentinə təqdim edib
14 yanvar, 2013 19:14

 

Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedaki səfiri Tamerlan Qarayev Filippin prezidentiBeninyo Akvinoya Azərbaycan Respublikasının Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunması ilə bağlı etimadnamələrini təqdim etmişdir. Bu barədə Səfirlikdən məlumat verilib.

Etimadnamələrin təqdim olunması mərasimində səfiri salamlamaq üçün fəxri qarovul düzülmüş, iki ölkənin dövlət himnləri səsləndirilmiş, bayraqları ucaldılmışdır.

Mərasimin davamında səfir ilə Filippin prezidenti arasında təkbətək görüş keçirilmişdir.

Qarayev Azərbaycanın Filippin ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etmişdir. Səfir Filippin ilə qarşılıqlı faydalı əməkdaşlığımızın BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətli olduğunu vurğulamışdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açan Qarayev münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20% Ermənistan tərəfindən işğal olunduğunu və Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu bildirmişdir.

Filippin prezidenti Baninyo Akvino iki dövlət arasında münasibətlərin inkişafından məmnunluğunu bildirmişdir. O, Filippin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, ikitərəfli iqtisadi əməkdaşlığın önəmli olduğunu qeyd etmişdir. Prezident Filippin dövlətinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və bu çərçivədə hökumətinə səfirlik ilə sıx əməkdaşlıq etməyə tövsiyələrinin veriləcəyini vurğulamışdır.

Akvino, hüquqi bazanın yaradılması üçün aidiyyəti nazirliklərə müvafiq tapşırıqların veriləcəyini və qısa zamanda Azərbaycan tərəfinə layihələrin təqdim olunacağını vəd etmişdir. Həmçinin, prezident Azərbaycanın qədim tarixə malik olduğu haqqında məlumatının olduğunu bildirmiş və Azərbaycana səfər etmək arzusunda olduğunu qeyd etmişdir.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.