Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.
Temperatur gecə 1-3 dərəcə isti, gündüz 3-6 dərəcə isti olacaq.
Bakıda gecə 1-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Temperaturun gecə 8-13 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə isə duman olacaq.
Temperatur gecə 9-14 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağıntılı olacağı, sulu qar, bəzi ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir yağıntılı olacağı, sulu qar, bəzi ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda isə gecə 9-14 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.