Xəbərlər

Hər gün yenidən doğulmaq, hər axşam bir daha ölmək
13 yanvar, 2013 00:42

 

Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam ola bilməkdir.
Amma hesab edirik ki, birisi yaxşı insan olmağı qarşısına gündəlik vəzifə kimi qoysa, istədiyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, bu gün yalan danışmayacaqsınız və nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdiş halına gətirirsiniz, möhkəmlənirsiniz, mənən yüksəlirsiniz.
 
Nə zamansa yaşadığınız bir hadisəni göz önünə gətirin: birisi sizə qarşı haqsız ittihamlar irəli sürür, ağzına gələni söyləyir, bəlkə təhqir də edir. Amma siz haqlı olduğunuz halda ona cavab qaytarmırsınız, dilinizə pis sözlər gətirmirsiniz, sadəcə onun həqiqətləri bilmədiyini, sizin bu məsələdə hər hansı təqsirinizin olmadığını deyirsiniz. Unutmayın, əsas məsələ bu cür kritik vəziyyətlərdə özünü ələ ala bilməkdir. Yüz faiz əmin ola bilərsiniz ki, həmin adamın bir azca vicdanı varsa, gec-tez öz əməlindən peşman olacaq və bəlkə də gəlib üzr istəyəcək.
 
Yaxşılıq etməkdən yorulmamaq, əzab-əziyyəti unuda bilmək üçün hər günü bir ömür kimi yaşamağı, hər səhər yenidən doğulmuş kimi oyanmağı, hər axşam məzara girirmiş kimi yerinə girməyi öyrənmək lazımdır. Tərbiyə insan həyatında həlledici amillərdəndir, xüsusilə də, özünütərbiyə. Həm də özünü tərbiyə edə bilənlərin başqalarını tərbiyə eləməsi daha asan olur.
 
Hər gün yaxşı adam kimi günə başlamaq və yaxşı adam kimi də günü başa vurmaq gündəlik vəzifəmiz olmalıdır. Yaxşı adam olmaq dağ başında, küləklərin qarşısında əlində futbol topu saxlamaq kimidir. Bir an unutdunsa, əlindən qaçırdığın top dərənin dibinə qədər gedəcək və sənin əvvəlki vəziyyətinə dönə bilmən üçün nə qədər zaman və güc sərf etmən lazım gələcək. Bəli, həyat dediyin budur. Heç kəs yıxılmamaqdan, əzilməməkdən, zərərdən, günahdan sığortalanmayıb. Ona görə də son günə, son ana, son nəfəsə qədər mübarizədir bu dünya, istəsən də, istəməsən də...
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.