Gəncəyə yeni avtobuslar gətirilib. Gəncəyə yeni avtobusların gətirilməsi sakinlərin rahatlığına, təhlükəsiz mənzil başına çatması, həmçinin şəhərdə tıxacların sayının müəyyən qədər azalmasına xidmət edir. Şəhərin Nəqliyyat Xidmətindən verilən məlumata görə, “Qazel” markalı nəqliyyat vasitələrinin yeni orta tutumlu avtobuslarla əvəz olunması planlaşdırılır. Görülən işlər nəticəsində ilin sonuna kimi Gəncədə ictimai sərnişindaşıma xidməti tam yenilənəcək.
Gəncə 1 saylı Regional Nəqliyyat MMC-nin aparıcı-məsləhətçisi İsa Quliyev: “Əvvələr “Qazel” markalı avtonəqliyyat vasitələri fəaliyyət göstərirdi, onların da tutumu az olduğundan biz məcbur qalıb, bir xəttə bir neçə ədəd marşrut salırdıq, bu da şəhərdə sıxlığın yaranmasına səbəb olurdu. Yeni tipli mikroavtobusların ümumi tutumu 32-34 nəfərdir, bu da bir avtobusun iki “Qazel”in əvəzinə işləməsinə şərait yaradır”.