Xəbərlər

Azərbaycanda neftlə dolu 7 sistern xəttdən çıxıb, yanğın olub
13 yanvar, 2013 12:34

 

FHN-in saytına istinadən verdiyi məlumata görə, Pirsaat stansiyasında Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxmış və onlardan üçü aşmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanmışdır. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunmuşdur.

Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər.

Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

 

12:30

Bakı istiqamətində gedən qatarların hərəkəti bərpa olunub. Bu barədə  "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakıdan qərb rayonları istiqamətində gedən qatarların hərəkəti ilə bağlı işlər davam edir.

Qəza faktı ilə bağlı təhqiqat aparılması üçün komissiya yaradılıb.

Hacıqabul rayonunda neftlə dolu 7 sistern relsdən çıxıb, nəticədə yanğın baş verib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.