Türkiyə Kuboku: "Trabzonspor" da qazandı
13 yanvar, 2013 12:32
Ilk oyun günündə B qrupu çərçivəsində bir görüş baş tutub.
“Eskisehirspor” “Mersin İdmanyurdu”nu doğma divarlar arasında məğlub edib. Bu qrupun digər oyununda isə “Antalyaspor” “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Trabzonlular çətin qələbəyə sevinən tərəf olublar.
A qrupunun görüşləri isə bazar gününə təsadüf edəcək. “Sivasspor” “Bursaspor”u, “1461 Trabzon” da “Fənərbağça”nı qəbul edəcək.
Türkiyə Kuboku
Qrup mərhələsi
11 yanvar
B qrupu
Eskisehirspor – Mersin İdmanyurdu – 3:1
12 yanvar
Antalyaspor - Trabzonspor - 2:3
13 yanvar
A qrupu
17:30. Sivasspor - Bursaspor
22:30. 1461 Trabzon - Fənərbağça