Rayon icra hakimiyyətindən bildiriblər ki, ötən ilin iyununda şəhərin mərkəzində tikintisinə başlanılan meydanda Azərbaycanın dövlət bayrağının ucaldılması üçün 30 metr hündürlüyündə dirək quraşdırılıb, bayrağın səkkizguşəli postamenti qranitlə üzlənib.
“ATF-İnşaat” MMC-nin briqadası tərəfindən bir hektara yaxın ərazidə həyata keçirilən tikinti işləri zamanı meydanın ərazisinə tamet plitələr döşənib, dekorativ gül kolları və ağaclar əkilib. Orada rayon sakinlərinin istirahəti üçün oturacaqlar qoyulmuş, işıqlandırma sistemi quraşdırılıb. Meydanda mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün açıq səhnə və rəngli işıqlandırma sistemi də quraşdırılıb.
Eni dörd, uzunluğu səkkiz metr olan dövlət bayrağımız yaxın günlərdə ucaldılacaq və meydanın təntənəli acılışı olacaq.