Təbrizdə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi keçiriləcəkdir
13 yanvar, 2013 23:00
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ilə əlaqədar anma mərasimi keçiriləcəkdir. Mərasimə İran rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, yerli mətbuat təmsilçiləri dəvət olunmuşlar.
Baş konsulluqdan verilən məlumata görə, mərasimdə faciənin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunacaq, kitab və fotolar sərgilənəcək, iştirakçılara Azərbaycan və fars dillərində əyani vəsaitlər paylanacaq, ehsan süfrəsi açılacaqdır. Məktəblilər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş seirlər oxuyacaqlar.