Cari ilin sonunadək Azərbaycan tam rəqəmsal yayımla əhatə olunacaq və analoq yayım dayandırılacaqdır
13 yanvar, 2013 22:19
Azərbaycanda həm analoq, həm də rəqəmsal yayım həyata keçirilir. Ötən il bu sahədə xeyli iş görülmüş və artıq ölkə ərazisinin 85 faizi rəqəmsal yayımla əhatə olunmuşdur.
Bu barədə məlumat verən Milli Televiziya və Radio Şurasının sədri Nişirəvan Məhərrəmli bildirmişdir ki, cari ilin sonunadək Azərbaycan tam rəqəmsal yayımla əhatə olunacaq və analoq yayım dayandırılacaqdır. 2015-ci ilədək dünya ölkələrinin rəqəmli TV yayımına tam keçməsi ilə əlaqədar Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qərar qəbul olunmuşdur. Azərbaycanda rəqəmli TV yayıma tam keçidin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur.