Xalq Artisti Əliağa Ağayevin 100 illik yubileyi olunacaqdır
13 yanvar, 2013 22:17
Martın 22-də Xalq Artisti Əliağa Ağayevin anadan olmasının 100 illiyi tamam olacaqdır.
Yubiley ərəfəsində Dövlət Film Fondunun təşkilatçılığı ilə sənətkarın yubileyinə həsr edilmiş anma tədbiri keçiriləcəkdir.
Fonddan bildirmişlər ki, tədbirdə sənətkarın Azərbaycan sənət dünyasına bəxş etdiyi bənzərsiz obrazlar qalereyasından söz açılacaq və yaratdığı rollardan parçalar nümayiş olunacaqdır.
Azərbaycan teatr aktyorluğunun parlaq simalarından olan Əliağa Ağayevin ilk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara olmuşdur.