Xəbərlər

Azərbaycan dəmir yolunda kompüterləşdirilmiş beynəlxalq maliyyə hesabatları standartlarına keçilir
13 yanvar, 2013 21:42

 

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də keçirilən «Layihələrin  icrası vəziyyətinin müzakirəsi günü»nün növbəti iclasında prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncamın icrası istiqamətində görülən işlər, 2013-cü ildə həyata keçiriləcək layihələr müzakirə olunub.
 
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun  verdiyi məlumata görə, yığıncağı giriş sözü ilə ADY-ni sədr müavini Qurban Nəzirov açaraq Dövlət Proqramının icrası istiqamətində 2012-ci ildə görülən işlər, qarşıda duran perspektiv  vəzifələr haqqında məlumat verib.
 
O bildirib ki, yığıncağın əsas müzakirə mövzusu ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin icrası çərçivəsində “Kompüterləşdirilmiş Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) keçidin təmin edilməsi» prosesinə start verilməsi ilə bağlı görüləcək işlərdir.
 
Proqram təminatının alınması məqsədilə 2012-ci ilin 21 dekabr tarixində “ST Group” (Belarus), “Belsoft Borlas Group” (Belarus) və “Eurosell MMC” (Azərbaycan) şirkətlər birliyindən ibarət Məsləhətçi ilə müqavilə imzalanıb. “Mühasibat uçotu haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan prezidentinin fərmanını rəhbər tutaraq mühasibat uçotunun beynəlxalq standartları əsasında inkişaf etdirilməsi və maliyyə hesabatlarında şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlər kredit sazişinə daxil edilib.
 
Dünya təcrübəsinə və Dünya Bankı mütəxəssislərinin rəylərinə əsasən, bu cür proqram təminatının tətbiqi ADY-nin rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını və şəffaflığını, əməliyyat-iqtisadi effektivliyini və potensialının gücləndirməsinə xidmət edəcək. Məhz bu səbəbdən Dünya Bankı layihənin bu sub-komponentinə xüsusi diqqət yetirib və bu günədək görülmüş işlərin gedişatını Yaddaş Qeydlərində  yüksək qiymətləndirib.
 
Tədbirdə “Belsoft Borlas Group” podratçı şirkətinin Biznes analizi departamentinin rəisi Kiril Matox, İstehsalat məsələləri üzrə direktor müavini Eduard Serdyukov, “Eurosell” şirkətinin rəhbəri Məhəmməd Zülfüqarlı, layihə meneceri Rauf Əliyev, “G&G Consulting” şirkətinin direktoru Güner Küçük, direktor müavinləri Ceyhan Güner, Selma Gerçek, texniki məsələlər üzrə mütəxəssis Hasan Turqut iştirak ediblər. Kiril Matox layihənin elektron versiyasını iştirakçılara təqdim edib.
 
ADY Maliyyə şöbəsinin rəisi Elşən Məmmədov çıxış edərək layihə ilə müzakirələrin davam etdiriləcəyini bildirib. “G&G Consulting” şirkətinin layihə qrupunun texniki məsələlər üzrə mütəxəssisi Hasan Turqut  təqdim olunan layihə haqqında öz fikirlərini bildirib və şirkət olaraq ayrıca layihə hazırladıqlarını deyib. Layihə ilə bağlı ümumi işin əlaqələndirilməsi BMHS üzrə koordinator Əfsun Ələkbərə həvalə olunub.
 
Yığıncağı yekunlaşdıran Qurban Nəzirov görülən işlərdə zəhməti olan hər bir kəsə öz minnətdarlığını bildirdi və 2013-cü ildə qarşıda daha böyük vəzifələrin durduğunu nəzərə çatdırıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.