Qazaxıstanda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir
13 yanvar, 2013 19:59
Qazaxıstanın Astana və Almatı şəhərlərində, həmçinin vilayətlərdəki Azərbaycan mədəniyyət mərkəzlərində 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcəkdir.
Azərbaycanın Qazaxıstandakı səfirliyində baş tutacaq mərasimdə səfir Zakir Həşimovun çıxışı dinləniləcək, faciə haqqında sənədli film nümayiş olunacaq, qətliam ilə bağlı sərgi təşkil ediləcəkdir.
Yanvarın 19-u və 20-də Qazaxıstanın Dövlər Radiosunda da 20 Yanvar faciəsi ilə əlaqədar xüsusi veriliş efirə gedəcəkdir.
Almatıdakı Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyi də faciənin ildönümü ilə bağlı mərasim keçirəcəkdir.
Almatıda çap olunan “Vətən” qəzetində də 20 yanvarla əlaqədar geniş materialın dərci nəzərdə tutulmuşdur.