Iranda ağır nəticəli qəza törədən avtobus sürücüləri sürücülük hüququndan birdəfəlik məhrum olunacaqla
13 yanvar, 2013 19:51
İranda yol polisinin komandanlığı ölkədəki ağır yol nəqliyyat hadisələrinin qarşısınını alınması məqsədi ilə ciddi tədbirlər görməyə başlamışdır.
Komandanlığın qərarına görə, ölüm və yaralanma ilə nəticələnən qəzaları törədən avtobus sürücüləri sürücülük hüququndan birdəfəlik məhrum olunacaqlar. Rəsmi statistikaya görə, İranda baş verən ağır yol nəqliyyatı hadisələrinin böyük hissəsi avtobusların payına düşür.