Türkiyə üçün Azərbaycan qazının qiyməti müəyyənləşib
12 yanvar, 2013 00:37
Türkiyə üçün Azərbaycan qazının qiyməti min kubmetr üçün 350 dollar təşkil edir. Bunu "SOCAR Turkey Energy"-nin rəhbəri, "Petkim" neft-kimya kompleksinin İdarə Heyətinin üzvü Kənan Yavuz bəyan edib.
Onun sözlərinə görə, Türkiyə üçün Azərbaycan qazı ən sərfəli qiymətədir. Çünki başqa mənbələrdən alınan qaz Türkiyəyə xeyli baha başa gəlir.
Belə ki, Türkiyə üçün İran qazının qiyməti min kubmetr üçün 500 dollar təşkil edir. Rusiyanın isə Türkiyəyə ixrac etdiyi qazın dəyəri bir min kubmetr üçün 400 dollardır.
Bu gün Türkiyə Cənubi Qafqaz qaz kəməri ilə "Şahdəniz" yatağından qaz almaq haqqında müqaviləyə malikdir. Müqaviləyə görə, layihənin işlənməsinin birinci mərhələsində Türkiyə ildə 6,6 milyard kubmetr qaz almalıdır. İkinci mərhələdə isə ölkə daha 6,6 milyard kubmetr qaz alacaq.