Xəbərlər

Günün qoroskopu
12 yanvar, 2013 12:33

 

Qoç - bu gün daha azad olduğunuzu, məhdudiyyət motivlərinin aradan qalxdığını, emosiyaların aşkar izhar olduğunu və yaxın ətrafınızdakı insanların sizi dəstəklədiklərini görəcəksiniz. Bununla yanaşı, hansısa mühüm işdə səhv edə bilərsiniz. Enerjinizin qeyri-konstruktiv məqsədlərə sərf olunmasına yol verməyin. İşdə mühit gərginləşəcək, əlavə və təxirəsalınmaz tapşırıqlar yaranacaq.

Şəraitə uyğun davranın, baş verənlərə izafi reaksiya verməyin. Hadisələrin inkişafından faydalanmağa cəhd göstərin. 

Olayların tempi artacaq. Önəmli məqamın gözləntisində ətalətli olmayın. Çünki hərəkət həyatdır.

Buğa - sakit gündür. Vaxtdan iş, görülən işlərin mündəricatının yaradılması və şəraitə uyğun olaraq planlara əlavələr üçün istifadə edin. Açıq, birbaşa, sərt və inadkar hərəkətlər edir.

Günün ikinci yarısında isə səbrli və təmkinli olun. Belədə gərəksiz problemlərin yaranmasına imkan verməyərək kollektivdə və ailədə mikroiqlimi yaxşılaşdıra bilərsiniz.

Qəm, hansısa ədalətsizliklə bağlı inciklik işləri başa vurmağa maneələr yaradacaq. Narahatlıq üçün obyekt axtarmaq əvəzinə həzz aldığınız işlə məşğul olun.

Əkizlər - effektiv işə emosiyaların mane olmaması üçün gərəkli tarazlığı axtarmaq gərəkdir. Uzun-uzadı mübahisələr, diskussiyalardan qaçın. Lakin üzbəüz söhbətdə qısa və yaxşı məsləhət almaq olar.

Bu gün ciddi anlaşma və razılaşmaya nail olmaq çətindir. Müstəqil iş daha çox fayda verəcək.
Romantik münasibətlərdə hədləri keçməyin, rəğbət və diqqətinizin translyasiyasında diqqətli olun.

Axşam saatlarında gözəl bir məkanda istirahət edin.

Xərçəng - yeni təəssüratlar almaq, "burada və indi" prinsipi ilə hərəkət etmək üçün əlverişli gündür. Ailə qayğılarını həll etmək üçün ailə üzvlərini səfərbər edin.

Ehtiyatlar yığın. Normadan artıq işləməyə ehtiyac yaranarsa, münaqişənin formalaşmasına imkan verməyin, dinləyin, yardıma ehtiyac duyana kömək edin.

Ailənizin yaşlı üzvlərinin sizin diqqətinizə ehtiyacları var.

Şir - bu gün problemləri tərəfdaşınızla müzakirə edərək işləri bölüşə bilərsiniz. Əvvəllər deyilməmiş sözlər söylənəcək, bəzi həqiqətlər aşkarlanacaq. Maddi və fiziki ehtiyatlarınızı tükətməyin. 

Əsas işi müəyyənləşdirin, ikinci dərəcəli işləri təxirə salın.
Sağlam məntiqlə hərəkət etsəniz, daha çox nailiyyət əldə edə bilərsiniz.
İşin məhsuldarlığı və nəticəsi şəraitdən asılı olacaq.

Lazım olan bütün nəsnələr əl altında olmalıdır. Təmaslar və ünsiyyəti qaçılmaz minimum səviyyəsinə endirin.

Qız - həyat cinsi yolla ötürülən ölümcül xəstəlikdir və bununla artıq barışmaq gərəkdir. Tərki-dünya olmayın, bu dünyada yaşayın. Çünki keçmişi xatırlasanız, ötənlərdə qalacaq, daim gələcəyi düşünsəniz, bu günü yaşaya bilməyəcəksiniz. Halbuki olan və olmayan, olacaqlar və artıq olmuşlar indidir, məhz bu an yaşadığınız anlardır.

Peşəkar həyatda və yaxınlarınızla münasibətlərdə gərginliyin azalmamasına hazırlaşın. Bununla belə, əhəmiyyətli iş görmək üçün daha çox imkan yaranır. Mühüm qərarların qəbulu ilə bağlı tələsməyin. Situasiyanın yanlış dəyərləndirilməsi və planlaşdırmada səhvlər riski böyükdür. Səhər saatlarında hiperaktivlik etməyin. 

Günün ikinci yarısı daha uğurlu dönəmdir. Hər şey alınacaq, maraqlı informasiya gələcək, yaxın ətrafınızdakı insanlarla anlaşma yaranacaq. 
Lakin səhhətinizdə problem yarana bilər.

Axşam saatlarında piyada gəzin.

Tərəzi - özünüzün və başqalarının səhvlərini, günahlarını bağışlamaq üçün əla vaxtdır. Kiminlə təmasda olmaq, əlaqə saxlamağın gərəkdiyini həyat şərtləri özləri sizə deyəcək. Emosiyalarınızın toqquşması, ziddiyyəti ilə qarşılaşa bilərsiniz. Bir mərhələni başa vuraraq yeni dönəmə başlayacaqsınız.

Həddən artıq işləyib rəhbərliyin nəzərində lap yaxşı işçi təəssüratı yaratmağa çalışmayın. Çünki nə qədər çox işləsəniz, bir o qədər çox tapşırıq alacaqsınız.
Heç bir halda ofis planktonu olmayın. 

Axşam saatlarında özünüz və dostlarınıza bayram saatları təşkil edin.
Tələsməyin, sakitlik və harmoniyadan həzz alın. Daxilinizdəki bəzi yerdəyişmələr və kənardan gələn ismarıclardan sonra baş verənləri dərk etmək üçün vaxt gərəkdir.

Əqrəb - əmr verən adam ilk əvvəl düşünməlidir ki, sözlərində məntiq və sağlam düşüncə əlamətləri olsun. Səhvlər, absurd qərar və ya axmaq tapşırıq olarsa, praktiki mövqe tutun, dayanıqlı və səbatlı davranış modelini seçin. Qaydaları, göstərişləri və müqavilənin, ya da sözləşmənin şərtlərini pozmayın.

İşin effektivlik səviyyəsi rəvan olmaya bilər. Qüvvələrin artım anlarından yararlanın, zəiflədiyinizi hiss edəndə dincəlin.

Emosiyalarla davranmayın, həyat müvazinətinizi poza biləcək sirləri faş etməyin.
Təsadüfi olmayan təsadüflər silsiləsindən görüş və hadisə mümkündür.

Həyat sizi seçim qarşısında qoyarsa, praqmat olun. Emosional təzyiqlərə fikir verməyin.

Oxatan - səfər və aviauçuş üçün sərfəli gündür. Yeni işlərə başlamaq, dizayner ideyalarını reallaşdırmaq olar. Şəxsi həyatla bağlı məsələlərin həlli, dostlarla görüş, sevdiyiniz insanla bir araya gəlmək üçün əlverişli vaxtdır. 

Alış-veriş etmək, istəklərinizi reallaşdırmaq da olar. Gərginlik hiss olunursa, bütün hadisələrin səbəbkarı qismində özünüzü görməyin, iş yoldaşları və tərəfdaşlarınızın da bütün gözləntilərinizə uyğun davranacaqlarını düşünməyin.

Səhvlər və yanlışlıqları faciəyə çevirməyin.
Bir işə, bir mövzuya və bir məqsədə diqqət verin. Mənfəət hiss etdiyiniz müstəvidə uğur olacaq. İnadkar olsanız, perspektivdə irəliləyiş mümkündür.

Oğlaq - ayın ən ağır günüdür. Gərginlik, baş verənlərə sərt reaksiya, yığılıb qalmış yorğunluq özünü göstərəcək. Asan olan nəsnələri çətinləşdirməyin. 

Dayanmaq, nəfəs dərmək üçün yetərincə səbəb var. Hissiyat güclənir. Orijinal fikirlər, problemin alternativ həll yolları yarana bilər.
Eyni işlə məşğul olduğunuz insanlarla sıx təmaslar qursanız, uğur əldə edə bilərsiniz. Amma ideyaların birbaşa reallaşması isə bir qədər gecikə bilər. 

Yığılan gərginlik və stresslər zolağı hətta ən təcili işləri də ləngidəcək.
Gözüyumulu olsa da, hərəkət edin. Gərəkli nəsnələr və hadisələr özləri sizi tapacaq.

Dolça - bu gün çətin olsa da, uzaqgörənlik edin. Gərgin situasiyaya rəğmən, sağlam məntiq çərçivəsində qalın, şəraitin necəliyini və yaxın ətrafınızdakı insanların hisslərini instinktiv olaraq duymağa çalışın. Axı siz onlarla işləməlisiniz. 

Kimə və ya nəyə borclu olmağınızla bağlı aldanmayın. İnsanların sizinlə bağlı gözləntilərinə uymayın.
İnandığınız, etibar etdiyiniz insanlarla çalışın.

Maliyyə-pul məsələlərində sayıq olun. Aldana bilərsiniz, bədxərclik də istisna deyil.
Evdən çıxanda suyu, qazı və elektriki yoxlayın. Və unutmayın ki, hər həqiqəti demək olmur. Çünki həqiqət həbs edilmiş məlumatdır.

Balıqlar - yaxın ətrafınızda, çox sıx bağlantıların olmadığı insanlarla bağlı dəyişikliklər baş verir. Həmin insanlarla münasibətləriniz səmimi olmasa da, bu adamlar həyatınızda yer alıblar və gələcəklə bağlı planlarınızda da mövcuddurlar.

Belə adamlardan biri ilə vidalaşmalı, bəziləri ilə bağlı fikirlərinizi dəyişməli olacaqsınız. 
Ətrafınızda narazılıq çoxdur. Münaqişələrin qarşısını almaq və problemlərə yol verməmək üçün yeni sxemlər aramaq gərəkdir. Yaranmış vəziyyətdən çıxış yolunu tapmaq üçün istənilən imkandan istifadə edin.

Axşam saatlarında istirahət edin, əylənin. Həyatın müşküllərini belə dəf etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.