Salyanlı tələbə Bakı Dövlət Universitetində keçirilmiş müsabiqənin qalibi olmuşdur
12 yanvar, 2013 22:08
Salyan rayonunda dünyaya göz açmış, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi Toğrul Nəsirli “İlin ən yaxşı tələbəsi” müsabiqəsinin qalibi olmuşdur.
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin keçirdiyi müsabiqəyə bu yaxınlarda yekun vurulmuş, səsvermə yolu ilə universitetin hər fakültəsindən 5 nəfər olmaqla “İlin ən yaxşı tələbəsi” müəyyən edilmişdir. Bu münasibətlə keçirilən mərasimdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov tələbələr arasında tədris uğurlarına, aktiv ictimai fəaliyyətinə və liderlik keyfiyyətlərinə görə fərqlənən müsabiqə qaliblərini təbrik etmiş, onlara diplomlar və fəxri döş nişanlarını təqdim etmişdir.