Görə bilməyənlər üçün planşet hazırlanmışdır
12 yanvar, 2013 22:00
Çin Elmlər Akademiyasının Hesablama Texnikası İnstitutunda görmə imkanından məhrum olan insanlar üçün nəzərdə tutulmuş planşet hazırlanmışdır.
Elektron cihazda institutda hazırlanmış Brayl şriftinin daxil edilməsi üçün qurğu və onun Çin heroqliflərinə çevrilməsi sistemi kimi həllərdən istifadə edilmişdir. İstehsalçılar bildiriblər ki, qurğunun istifadəsi Brayl şriftindən istifadə edə bilən görmə imkanından məhrum insanlar üçün sadədir.
Bundan başqa, yazılmış şrifti adi mətnə və ya çin dilində danışığa çevirmək üçün fərdi kompyuterə qoşmaq mümkündür. İstehsalçılar, həmçinin vurğulamışlar ki, yeni elektron yazı kitabçasının istehsalı ucuz başa gəlir.