Basketbolçu Rolandas Aliyevasın gələcəkdə Azərbaycan yığmasının formasını geyinməsi mümkündür
12 yanvar, 2013 21:26
Rusiyanın “Krasnıye Krılya” (Samara) basketbol klubunda çıxış edən Azərbaycan əsilli Rolandas Aliyevas Litvanın “Şaulyay” kollektivi ilə müqavilə imzalamışdır.
son vaxtlar “Krasnıye Krılya”da ehtiyat oyunçular cərgəsində olan R.Aliyevas bu səbəbdən bir qədər formasından uzaqlaşdığını bildirmişdir. Lakin basketbolçu “Şaulyay” komandasında daha fəal oyun nümayiş etdirərək bu klubun Litva çempionatında yüksək yer tutmasına çalışacağını və Litva basketbol millisinə çağırılmasına ümidli olduğunu bildirmişdir. Aliyevas əlavə etmişdir ki, onun gələcəkdə Azərbaycan milli yığmasının şərəfini qoruması da mümkündür.