Sığorta şirkətləri arasında ən çox ödənişi “Paşa Sığorta” həyata keçirmişdir
12 yanvar, 2013 15:36
Ötən il sığorta şirkətləri arasında ən çox ödəniş həyata keçirən şirkət “Paşa Sığorta” olmuşdur.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən bildirmişlər ki, 1 il ərzində şirkətin ödənişlərinin məbləği 22 milyon 871 min 556,33 manat olmuşdur. Sığorta şirkəti bu dövrdə 46 milyon 687 min 888,88 manat sığorta haqqı toplamışdır.
Bu müddət ərzində 28 sığorta şirkətinin ümumi sığorta haqları 342 milyon 519 min 346,82 manat, sığorta ödənişləri 93 milyon 860 min 881,77 manat təşkil etmişdir.