İran, İraq və Suriya saziş imzaladılar
12 yanvar, 2013 15:20
Tehranda İran, İraq və Suriya arasında ümumi sərhədlər vasitəsilə malların tranzitinin artırılması yolu ilə əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.
"Fars" agentliyi yol və şəhər tikintisi nazirinin müavini Şəhriyar Əfəndizadəyə istinadən xəbər verir.
Əfəndizadənin sözlərinə görə, üç ölkənin rəsmi şəxsləri sərhəd ticarətinin və sərhəd terminallarının genişləndirilməsi haqda razılaşıblar.
O bildirib ki, yaxın vaxtlarda, həmçinin İran, Türkmənistan, Özbəkistan, Oman və Qətər arasında Çabahar limanından MDB ölkələrinə malların tranzitinin artırılması üzrə saziş imzalanacaq.